Beynəlxalq ağırlıqqaldırma federasiyasının prezidentini qəbul edib

Baş nazir Əli Əsədov, ölkəmizdə səfərdə olan Beynəlxalq ağırlıqqaldırma federasiyasının prezidenti Məhəmməd Caludu qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb.

İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.

Həmçinin, Azərbaycanda digər idman növləri ilə yanaşı, ağırlıqqaldırmanın inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqət yetirildiyi də vurğulanıb.

Həmin kateqoriyadan