- Baxış sayı: 34
- 30 Mart 2026 17:59
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

FİFA yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 128-ci olub. Komadanın hesabında 1128 xal var.
“Ay-ulduzlular”ımızın millətlər liqasında rəqibi Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cü yerdədirlər.
Əmsalın ilk sıralarında dəyişiklik baş verməyib. Braziliya seçməsi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina futbolçuları 3-cü pilləyə yüksəlib.