- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Konfrans liqasının 2-ci təsnifatında “Qəbələ” – “Fehervar” arasında cavab oyunundan (2:1) baş məşqçimiz Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: “Oyunun çətin keçəcəyini öncədən bilirdik. Macarıstan klubu yaxşı təşkilatlanmış komandadır. İlk matçda böyükhesablı məğlubiyyətlə üzləşməyimizə baxmayaraq, futbolçularımız ev oyununa yaxşı motivasiya ilə çıxmışdı.
Bu gün dominant futbol oynadıq. Bir az da bəxtli olsaydıq, nəticə fərqli alınardı. Komandama təşəkkürümü bildirirəm. Daha güclü olacağıq. Yenidən avrokuboklarda oynamaq üçün kollektivimizin əlindən gələni edəcəyinə inanıram. Biz də 2 heyətin olmasını istərdik. Amma hər şey büdcədən asılıdır. Düşünürəm ki, oyunçu azlığı da səfər görüşünə təsirini göstərdi.
Rəqibin iki bərabər heyəti var. Biz isə əvəzetmələrdə çətinlik çəkirdik. Bugünkü matçda ehtiyatda premyer liqada oynaya biləcək iki futbolçumuz var idi: Rüfət Əhmədovla Ülvi İsgəndərov. Digərlərini “Qəbələ-2”dən götürsək də, onlara da inanırıq. Vaxt keçdikcə, onlar da komandaya faydalı olacaq. Nə qədər çox oyunçumuz olsa, əvəzetmələrdən daha çox yararlana bilərik”.