- Baxış sayı: 39
- 09 Mart 2026 17:58
- Baxış sayı: 292
- Mart 05, 2026
- 0

Braziliyada “Liga Mineyro”nun finalı (“Kruzeyro” – “Atletiko Mineyro”, 1:0) qalmaqalla başa çatıb.
Allsport.az xəbər verir ki, oyunun son saniyələrində “Atletiko”nun qapıçısı Eversonun rəqib oyunçu Kristiana qarşı kobudluğu ilə başlayan dava kütləvi xarakter alıb.
İnsident nəticəsində baş hakim Mateus Delqado Kandanşan Braziliya futbolunda 70 ildən artıqdır dəyişməyən rekordu yeniləyərək, ümumilikdə 23 qırmızı vərəqə (12-si “Kruzeyro”, 11-i “Atletiko” üzvünə) göstərib. Qalmaqalın əsas simalarından olan 39 yaşlı ulduz Halk rəqibini vurduğu üçün qırmızı vərəqə alanlar arasındadır. Maraqlıdır ki, bu ağır cəzalar yalnız ştat turnirinə aid olduğu üçün futbolçular Braziliya çempionatının növbəti oyunlarında iştirak edə biləcəklər.