Birinci mərhələdə kimlər fərqləndi?

Kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun I mərhələsi uğurla yekunlaşıb.

Allsport.az xəbər verir ki, yarış həm böyüklər, həm də U15 (yeniyetmələr) kateqoriyası üzrə gərgin və peşəkar mübarizə şəraitində keçib.

U15 kateqoriyası üzrə qızlar arasında Rüstəmli Sona qızıl, Məmmədli Selcan gümüş, İbrahimli Məryəm isə bürünc medala layiq görülüblər. Eyni yaş qrupunda oğlanların mübarizəsində İsmayılov Məhəmməd birinci, Məmmədov Əli ikinci, Məmmədli Saleh isə üçüncü yeri tutublar. Yeniyetmə qaliblərin mükafatlarını Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov və gənclər və idman nazirliyinin strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva təqdim ediblər.

Böyüklər arasında keçirilən yarışlarda da rəqabət yüksək səviyyədə olub. Kişilər kateqoriyasında Əliyev Məhəmmədəli bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub, Sərdar Vəliyev gümüş, Zahid Kazımzadə isə bürünc medal qazanıblar. Qadınların yarışında isə Yaylagül Ramazanova qızıl medal qazanıb, Lalə İsmayılova gümüş, Aliyə Əliyeva isə bürünc mükafatla yarışı tamamlayıblar. Böyüklər kateqoriyası üzrə fərqlənən idmançılara mükafatları Fərid Xəlilov və Bakı şəhər gənclər və idman idarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Lalə Abbaszadə təqdim ediblər.

Həmin kateqoriyadan