Ölkə çempionatı təşkil olunacaq

Ölkə çempionatı təşkil olunacaq

28–30 avqustda Bakıda Azərbaycan kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq. 

Allsport.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə). Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

Həmin kateqoriyadan