“Biz çox böyük iş görmüşük və bu işin nəticəsi bugünkü qalibiyyətimizdir”

“İmişli” premyer liqanın III turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə üstələyib.

Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya qalibiyyətlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb:

“Futbolçularımı təbrik etmək istəyirəm! Biz çox böyük iş görmüşük və bu işin nəticəsi bugünkü qalibiyyətimizdir.
Birinci hissə çox çətin keçdi. İlk dəqiqələrdən rəqib komanda yüksək pressinq tətbiq edirdi, amma biz onların qol vurmaq imkanlarının qarşısını uğurla ala bildik. Birinci hissədə Almeyda da gözəl fürsət yaratdı, amma qol vura bilmədi. Bu hissədə əsas məqam, komandamızın yüksək taktiki hazırlığı və müdafiədəki möhkəmliyi oldu.
İkinci hissə də asan deyildi, çünki rəqib hələ də yüksək pressinq və təhlükəli hücumlar ilə oynayırdı. Amma fiziki və taktiki hazırlığımız sayəsində müdafiədə dayandıq və hücumlara çıxmaq imkanımız oldu.
Ən vacib an isə, birinci iki turda qol vura bilmədiyimiz halda, bu turda ilk qolumuzu vurmağımız oldu! Bu qol komandamıza daha sərbəst oynamaq və öz oyunumuzu sərgiləmək imkanı verdi. Hesabda qabaqda olduqca oyunçularımız daha motivasiyalı və rahat oynadılar.
Xüsusi qeyd etmək istəyirəm ki, əvəzləməyə çıxan Abbas ilk qolumuzu vurdu və bu, komandamız üçün çox vacib an idi.

Çətin oyun idi, amma istədiyimiz nəticəni əldə etdik!”

Həmin kateqoriyadan