“Biz minimum məqsədə çatmışıq”

“Xırdalan”a qarşı ikinci oyun bizim üçün daha çətin oldu. Ancaq bu matçdan əvvəl də aydın idi”.

Allsport.az xəbər verir ki, bunu NTD-İndiqo-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis “Xırdalan” üzərində qazanılan 92:83 hesablı qələbənə şərh edib: “Mövsümün sonunda oynamaq çətindir. Uşaqları qələbə münasibətilə təbrik edirəm. Biz minimum məqsədə çatmışıq. Amma komandanın potensialı daha yüksəkdir. Ancaq bu idmandır və hər şey olur. Gələn mövsüm daha yaxşı oynamağa çalışacağıq. Yarımfinalda nə çatışmadı? “Xəzri”yə qarşı ikinci oyunda öndə idik, amma sonra əlavə vaxtda məğlub olduq. Bu oyunda çox səhv etdik. Bu basketboldur və hətta bir dəqiqə ərzində hər şey dəyişə bilər. Buna görə basketbol ən möhtəşəm idman növlərindən biridir. Daha yaxşısını etməli idik, amma alınmadı. Basketbolçuları, məşqçiləri və klub prezidentini bir daha təbrik edirəm”.

Həmin kateqoriyadan