“Biz ona tam etibar edirik”

“Real Madrid”in qapıçısı Tibo Kurtua İspaniya superkubokunun finalında “Barselona”ya (2:3) qarşı keçirilən oyunda komanda yoldaşı Vinisius Juniorun çıxışını yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, belçikalı qolkiper braziliyalı hücumçunun böyük istedada sahib olduğunu vurğulayıb: “Biz ona tam etibar edirik. O, əla oyunçudur və nələrə qadir olduğunu bu gün bir daha göstərdi. Vinisius bütün matç boyu rəqib müdafiəsi üçün əsl baş bəlası idi. Vurduğu qol möhtəşəm idi, lakin bəlkə də oyun zamanı onun potensialından lazımi qədər çox istifadə edə bilmədik”.

Kurtua məğlubiyyətə baxmayaraq, bu oyundan müsbət məqamlar çıxarmağın vacibliyini qeyd edib: “Yanvar ayında bizi daha üç-dörd mühüm qarşılaşma gözləyir. Ümid edirəm ki, həmin oyunlarda qalib gələ biləcəyik”.

Həmin kateqoriyadan