“Bizim komanda təcrübəlilərin və gənclərin vəhdətindən qurulub”

Kişi voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komandamızın Bakı toplanışını izləmək üçün KİV-ə açıq qapı təşkil olundu. Jurnalistlər GİN-in voleybol mərkəzində seçmənin məşqini izlədilər. Kapitan Vüqar Bayramov hazılığı belə dəyərləndirdi:

“Təlim-məşq toplanışı yaxşı keçir. 17 və 19 mayda oyunlarımızı keçirəcəyik. İlk görüş Rumıniya millisiylədir. Rəqib təcrübəlidir. Növbəti matç ukraynlılarladır. Qara dənizlilər son 2 qızıl liqada final oynayıblar. Heyətlərində yetərincə təcrübəli və ulduz voleybolçular var.

Bizim komanda təcrübəlilərin və gənclərin vəhdətindən qurulub. Ümid edirik ki, ilk turda yaxşı çıxış edəcəyik. Rəqiblər asan deyil. Hətta yaxşı dövrümüzdə bu rəqiblərlə çətin oyunlar keçirmişik. Düzdür, qalib gəldiyimiz görüşlər də olub”.

Həmin kateqoriyadan