“Bizim üçün çox önəmli toplanışdır”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Rəşad Əyyubovun iştirakı ilə brifinq təşkil olunub.

Allsport.az xəbər verir ki, U-21-in baş məşqçisi media nümayəndələrinə açıqlamasında komandanın hazırlığı barədə məlumat verib:

“Bizim üçün çox önəmli toplanışdır. Oyunçularla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yarandı. Əksəriyyətini izləyirdik, amma şəxsi təcrübə fərqli olur. Futbolçuların hamısını izləyirik, hər biri ilə bağlı bütün lazımi məlumatlar bizdə var. Yenə də oyunçulara yaxından baxmaq lazımdır. Onların səviyyəsindən şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq”.

Milli komandaların təlim-məşq mərkəzində hazırlıq keçən U-21 millimizin toplanışı yanvarın 17-dək davam edəcək.

Həmin kateqoriyadan