- Baxış sayı: 38
- 14 Yanvar 2025 16:02
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.
66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.
Yarışın qalibləri mayın 26-da bəlli olacaq.