Boulderinq üzrə açıq ölkə kuboku

“Climb Baku” qayayadırmanma mərkəzində boulderinq üzrə açıq ölkə kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, qadınlarda qaliblər Leyla Əhmədova, Aysel Zamanova və Anna Litvak, kişilər arasında qaliblər Fərid Şahbazlı, Ramel Rəhimxanov və Mövsüm Şirəliyev olublar.

Yarışın nəticələrinə görə yalnız qalib yerlər müəyyənləşmir, iştirakçılar həm də reytinq qazanırlar. Bu reytinq əsasında milli komandanın formalaşması nəzərdə tutulur və həmin milli komandanın gələn il bir sıra beynəlxalq yarışlarda, o cümlədən Polşa-2023 Avropa oyunlarında iştirakı planlaşdırılır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish