- Baxış sayı: 193
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 193
- Dekabr 05, 2025
- 0

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 27-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb:
“Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində qonaqların baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir edərək görə texniki zonadan kənarlaşdırıldığı üçün, 5 oyunluq cəzalanıb və klubu 4000 manat cərimə olunub.
“Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində ev sahibinin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 3200 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.