Braziliyalı hücumçu “Mançester Yunayted”ə keçir

“Mançester Yunayted” “Vulverhempton”un hücumçusu Mateus Kunyanı transfer etmək üçün danışıqlar aparır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın artıq Kunya ilə şifai razılıq əldə etdiyi bildirilir. Braziliyalının müqaviləsində 62,5 milyon funt sterlinq məbləğində sərbəst qalma maddəsi var.

Kunya 2023-cü ilin yanvarında “Atletiko Madrid”dən “Vulverhempton”ə keçib. Onun müqaviləsi 2029-cu ilin iyununda başa çatır. 25 yaşlı oyunçu cari mövsüm 31 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan