- Baxış sayı: 35
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

“Araz-Naxçıvan” yeni transferi açıqlayıb.
Allsport.az xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı futbolçu Bruno Franko ilə müqavilə imzalayıb.
Sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir. 27 yaşlı oyunçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. “Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.