- Baxış sayı: 16
- 13 Mart 2026 11:25
- Baxış sayı: 454
- Mart 12, 2026
- 0

Braziliya milli komandası əfsanəvi basketbolçu Maykl Cordanın “Cordan Brand” markası ilə tərəfdaşlıq çərçivəsində hazırlanan yeni köynəyi təqdim edib.
Allsport.az xəbər verir ki, braziliyalılar bu dəsti ilk dəfə martın 26-da Fransaya qarşı keçiriləcək yoldaşlıq oyununda geyinəcəklər.
Yeni köynəyin dizaynı Braziliyanın ən sürətli və qorxulu yırtıcılarının rəngləri, naxışları və teksturalarından ilhamlanaraq hazırlanıb. Ənənəvi sarı və göy rənglərdə hazırlanan dəstə həm də “Cordan Brand” markasının ikonik simvolu sayılan “fil naxışı” əlavə edilib.