Brekalo la liqada oynayacaq

“Real Ovyedo” “Fiorentina”dan hücumçu Yosip Brekalonu transfer etdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, xorvatiyalı futbolçu la liqa təmsilçisinə azad agent kimi qatılıb. Müqavilə iki il müddətinə imzalanıb.

Ötən mövsüm Türkiyənin “Qasımpaşa” klubunda icarə əsasında çıxış edən Brekalo 23 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. O, “Fiorentina”nın heyətində 29 oyun keçirib və cəmi 1 qol vurub.

Həmin kateqoriyadan