“Brentford” onunla müqaviləni uzatdı

“Brentford”un hücumçusu İqor Tyaqo klubla olan müqaviləsinin müddətini uzadıb.

Allsport.az xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni uzunmüddətli sözləşmə imzalanıb.

Müqavilədə müddətin daha bir il artırılması bəndi də yer alıb.

2024-cü ildən premyer liqada çıxış edən Tyaqo cari mövsümdə nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkib. O, hazırda vurduğu 17 qolla çempionatın bombardirlər yarışında ikinci pillədə qərarlaşıb və yalnız 20 qolu olan Erlinq Holanddan geri qalır.

Həmin kateqoriyadan