“Bu adam dincəlmir”

Rusiyalı döyüşçü, yüngül çəkidə UFC üzrə dünya çempionu İslam Mahaçev əfsanəvi Həbib Nurməhəmmədovun rəhbərliyi altında məşqlərin intensivliyinə görə qəzəblənib.

Allsport.az xəbər verir ki, bu barədə o, sport24.ru saytına açıqlama verib:

Bax, bu oğlan bircə yolu bilir. Onun üçün sadəcə olaraq başqa yol yoxdur. Çox çalışmalısan. 3 tərli köynəyi dəyişməlisən, hər gün az qala bir saat döyüşməlisən.

Bilirəm ki, UFC döyüşçüləri xüsusi proqram üzrə məşq edirlər. Və orada istirahət günləri verirlər. Amma bu adam dincəlmir. Heç kim ona başa sala bilməz ki, kiməsə istirahət lazımdır”.

Həmin kateqoriyadan