“Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq”

“Sumqayıt”ın baş məşqçi Saşa İliç yoxlama oyununda OFK klubuna 1:4 hesabı ilə uduzduqları oyun barədə danışıb.

Allsport.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib: “Ötən dəfə də qeyd etdiyim kimi hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır. Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq”.

Həmin kateqoriyadan