“Bu fakt bizi çox məyus edir”

“Liverpul”un kapitanı Vircil van Dayk İngiltərə premyer liqasının 29-cu turunda “Vulverhempton”a məğlubiyyəti (1:2) şərh edib.

Allsport.az xəbər verir ki, niderlandlı müdafiəçi məğlubiyyətin səbəbini komandanın öz oyununda görüb:

“Düşünürəm ki, hər şey özümüzdən asılı idi. Biz meydanda ləng idik, proqnozlaşdırılan futbol oynayırdıq və topla rəftarımızda səliqəsizlik var idi. Topa sahib olsaq da, hücumun son mərhələsində yanlış qərarlar qəbul etdik. Belə oynayanda nəticənin belə olması qaçılmazdır. Bu fakt bizi çox məyus edir.”

Bu məğlubiyyətdən sonra “Liverpul” 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan