- Baxış sayı: 33
- 13 Mart 2026 23:43
- Baxış sayı: 136
- Mart 13, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunundan əvvəl Ağdam komandasının futbolçusu Pedro Bikalyonun iştirakı ilə mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi sabah baş tutacaq qarşılaşma haqda fikrini bildirib:
“Bizim üçün önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik. Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Bu, karyeramın ən önəmli oyunudur”.