Bu klub özəlləşdirilir

Səudiyyə Ərəbistanının nəhəng klubu “Əl-Hilal” dövlət nəzarətindən çıxaraq özəl mülkiyyətə keçməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, klub ölkənin suveren fondunun (PİF) tabeliyindən çıxan ilk böyük futbol qurumu olmağa çox yaxındır. Artıq yeni sahib də bəllidir: məşhur milyarder şahzadə Əl-Valid bin Talalın klubu təxminən 2 milyard dollar qarşılığında tamamilə satın alacağı və rəsmi sənədləşmənin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.

PİF-in nəzarətində olan digər klublar — “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Əhli” də gələcəkdə özəlləşdiriləcək, lakin hazırda bu prosesdə ən irəlidə olan məhz “Əl-Hilal”dır.

Həmin kateqoriyadan