“Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”

“Qarabağ” Avstriya toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, müdafiəçi Bəhlul Mustafazadə hazırlığı dəyərləndirib:

“Təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən prosesinin ilk mərhələsini başa vurmuşuq. Komandamızın daxilində əla əhval-ruhiyyə var. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır.

Keçirdiyimiz iki yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Toplanış çərçivəsindəki ilk matçlar idi. Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.

Həmin kateqoriyadan