- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yeni mövsümə hazırlığı Anqarada davam etdirən “Sumqayıt”, bu gün ilk Rusiya premyer liqasından “Orenburq”la yoxlama oyunda 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, bizdən qolu ilk hissədə Nihad Əhmədzadə vurub. Matçla bağlı baş məşqçimiz Samir Abbasov bunu deyib:
“Yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik. Hazırlıq prosesində ilk oyunumuz idi.
Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara fürsət verək. Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil.
Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi”.