- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Xırdalan” çox yaxşı çıxış etdi və oyunun sonuna qədər mübarizə apardı”. Allsport.az xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murad Dikmən deyib.
O, Azərbaycan kubokunun IV turunda “Xırdalan”a 75:64 qalib gəldikdən sonra hədəflərinin finala yüksəlmək olduğunu bildirib: “Bəli, kubokda irəliləyirik. Yarımfinala yüksəldik. “Neftçi” ilə matçdan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq.
Həmin mərhələni də ayrıca düşünəcəyik. Finala çıxaraq kuboku qazana bilərik. Liqada liderik, kubokda yarımfinala çıxmışıq, bunların heç biri təsadüf deyil. Hamısını çox və doğru çalışaraq etmişik.
Bütün rəhbərliyə, menecerlərə, oyunçularımı, köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Yarımfinalı onlara hədiyyə edirik. Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik”.