- Baxış sayı: 27
- 07 Aprel 2026 13:10
- Baxış sayı: 280
- Aprel 06, 2026
- 0

Kadi Borges “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.
Allsport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.
Cənubi amerikalı premyer liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.
Borges “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də konfrans liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.