“Bunun bəhrəsini qısa müddətdə görməyə başladıq”

“Bulvar” mekmanxanasında AFFA-nın hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə qurumun prezidenti Rövşən Nəcəf, ölkə başçısı İlham Əliyevin idmana, o cümlədən futbola böyük dəstək göstərdiyini bildirib. R. Nəcəf milli komandalarımızın ötənilki nəticələrini uğurlu qiymətləndirib:

“Kişilərdən ibarət milli komandamız ötən il çətin sınaqdan keçdi, Fransa və Ukrayna kimi güclü yığmalara qarşı layiqli mübarizə apardı. Bu dövrü daha çox yenilənmə və düzgün istiqamətin müəyyənləşdirilməsi kimi qiymətləndiririk. Ayxan Abbasovun rəhbərliyi altında artıq müsbət dəyişikliklər hiss olunur.

Komandanın oyununda intizam, dinamika və mübarizə əzmi artıb ki, bu da gələcəyə daha nikbin baxmağa əsas verir. Bunun bəhrəsini qısa müddətdə görməyə başladıq. Millimizin bu yaxınlarda təşkil olunan “FİFA sıralaması” turnirinin qalibi olması bunun bariz nümunəsidir. Milli komandamızı bu qələbə münasibətilə təbrik edirəm. Biz komandamıza güvənirik və əminik ki, azarkeşlərimizi sevindirəcək nəticələr əldə olunacaq.

Qadın milli komandamız üçün də il uğurlu alındı. Millətlər liqasında bizi sevindirən komandamız ötən ilin sonu “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində qalib olmağı bacardı”.

Həmin kateqoriyadan