- Baxış sayı: 35
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

Konfrans liqasının II mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan” Yunanıstan “Aris”i ilə qarşılaşacaq.
Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev püşkü dəyərləndirib: “Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.
Oyunlar iyulun 24-də və 31-də keçiriləcək.