“Bursaspor”un baş məşqçisi və Namiq Ələsgərov arasında özəl görüş

“Bursaspor”un baş məşqçisi Fateh Təkkə azərbaycanlı futbolçusu Namiq Ələsgərovla özəl görüş keçirib. Allsport.az saytı xəbər verir ki, o, millimizin üzvünün Türkiyə 1-ci liqasında “Samsunspor”la matçda (4:1) çıxışından məmnun qalıb.

Toplantıda, mütəxəssis, Namiqə 4-cü turda “Tuzlaspor”la səfər görüşündə də start heyətdə fürsət verəcəyini və bunun üçün hazır olmasını deyib. Həmyerlimiz “Samsunspor”la oyunda 2 qol ötürməsi verib.

Həmin kateqoriyadan