- Baxış sayı: 24
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz” Gürcüstan toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, yeni mövsümü üçün hazırlığın növbəti mərhələsini Tiflisdə həyata keçirən ölkə çempionu, 10-günlük təlim-məşq dövründə 3 yoxlama oyununda qüvvəsini sınayıb – “Merani” (3:1) və “Qaqra”nı (2:1) məğlub edib, “Dinamo”ya 0:4 uduzub. Baş məşqçi Ayxan Abbasov Gürcüstan toplanışını belə dəyərləndirib:
“Bu təlim-məşq vacib idi. Yeni formalaşan komandayıq. Çempionatın başlamasına az qalıb. Qısa müddət ərzində Gürcüstan yüksək liqa komandaları ilə oyunlarda futbolçuların bir-birinə uyğunlaşması, səhvlərimizi görmək baxımından çox vacib toplanış oldu. Yüksək tempdə hazırlaşdıq.
Kiçik zədələrimiz də oldu, xüsusən Şakir Seyidovun zədələnməsi işlərimizə bir qədər mane oldu. Bütün heyət ideal formaya yaxınlaşmaq üçün istəklə çalışdılar. Bütün futbolçuları sınaqdan keçirmək imkanımız oldu. Heyətdə olan gənc futbolçularımız da güclü rəqiblərə qarşı özlərini müsbət tərəfdən göstərə bildilər. Əlbəttə, belə toplanışlarda nəticə önəmli deyil”.