Buxarest “Dinamo”sunun yeni stadionu Luçeskunun adını daşıyacaq

Buxarestin “Dinamo” klubunun yeni stadionu rumıniyalı məşqçi Mirça Luçeskunun adını daşıyacaq. Allsport.az saytı xəbər verir ki, 80 yaşlı mütəxəssis aprelin 7-sində Buxarest xəstəxanasında vəfat edib.

O, “Dinamo” akademiyasının yetirməsi olub. Futbolçuluq karyerasını bitirdikdən sonra 1985-ci ildən 1990-cı ilə qədər paytaxt klubuna rəhbərlik edib.

Məşqçilik karyerası ərzində Luçesku 35 kubok qazanıb.

Həmin kateqoriyadan