- Baxış sayı: 44
- 13 Mart 2026 14:51
- Baxış sayı: 178
- Mart 13, 2026
- 0

“Çikaqo”nun kanadalı hücumçusu Konnor Bedard zədə səbəbindən 6-8 həftəni buraxmalı olacaq.
Allsport.az xəbər verir ki, “Nyu Cersi” ilə qarşılaşmada (2:4) Bedard rəqib komandanın müdafiəçisi Brendan Smit tərəfindən vurulmuşdu. Bedardın çənəsinin sınığı diaqnozu qoyulub. Hücumçunun əməliyyatı uğurla keçdiyi bildirilir.
Bedard cari NHL mövsümündə 39 oyun keçirib və 33 (15 qol + 18 məhsuldar ötürmə) xal toplayıb və bu göstəricidə yeniyetmələr arasında birinci yerdədir.