- Baxış sayı: 77
- 18 Dekabr 2025 23:53

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən açıq çelenc turnirində gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, yarışa 1/8 finaldan başlayan idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.
Həlledici görüşdə Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan Zeynalov gümüş medala layiq görülüb.
Turnir Los Anceles-2028 yay paralimpiya oyunlarına reytinq xalları qazandırır.