- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Kəpəz” səfərdə “Zirə”yə darmadağın olub – 0:5.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra mətbuat konfransında iştirak edib.
“Çox danışılacaq bir şey yoxdur. Qapımızda gördüyümüz üç kuryoz qol komandanı dayandırdı. Bundan sonra imkanlarımız oldu, amma istifadə edə bilmədik. Üzücüdür. Yaxşı bir hal deyil. Qarşıda fasilədir. Bundan istifadə edib komandanı toparlamağa çalışacağıq. Düşünürəm ki, komanda daha yaxşı çıxış etməlidir. Buna da əsas var. Çünki məşqlərə çıxan futbolçular meydanda tam fərqli oyun sərgiləyirlər. Çalışacağıq ki, bu vəziyyəti düzəldək”.