“Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”

“Əvvəlcə “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm”.

Allsport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze premyer liqanın III turunda səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, rəqibin yaxşı futbolçulardan təşkil olunmuş komanda olduğunu bildirib: “Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”.

Həmin kateqoriyadan