Cavanşir Qurbanovun 75-illik yubileyinə U-15 yeniyetmə sərbəst güləşçilərin paytaxt turniri

Gənclər və idman nazirliyinin, milli olimpiya komitəsinin dəstəyi, Bakı şəhər gənclər və idman baş idarəsi və güləş federasiyasının birgə təşkilatçılığı ilə 6 dekabrda texniki universitetinin idman zalında “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanovun 75-illik yubileyinə U-15 yeniyetmə sərbəst güləşçilərin paytaxt turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, idmançılar 38 kq, 44 kq, 52 kq, 62 kq, 75 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Tədbirin açılışında GİN, MOK rəsmiləri, millət vəkilləri, paytaxtın icra hakimiyyəti orqanlarının rəsmiləri, olimpiya çempionları, tanınmış idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish