- Baxış sayı: 17
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Qəbələ” mövsümünün 2-ci yarısına hazırlığın ilk mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov İsveçrənin “Sürix” klubu ilə görüş (0:1), həmçinin toplanışın ilk mərhələsi barədə fikrini açıqlayıb:
“Təlim-məşq toplanışı yaxşı keçdi. Həm fiziki, həm taktiki hazırlıq üzərində çalışdıq. İki yoxlama matçında qüvvəmizi sınadıq. İlk matçla müqayisədə “Sürix”lə görüş nisbətən ağır keçdi. Qarşılaşmada bəzi boşluqlar buraxdıq. Xüsusilə də ikinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma bizim də şanslarımız çox oldu.
Yüz faizlik imkanlardan yararlana bilmədik. Ümumilikdə, toplanışın ilk yarısını normal hesab etmək olar. Qarşıda hazırlığın ikinci mərhələsi var. İnanıram ki, həmin hazırlıq prosesində üzərimizdə çalışıb, bu çatışmazlıqları aradan qaldıracağıq”.