Cavid Qurbanov yenidən voleybola rəhbər seçildi

Bu gün Azərbaycan voleybol federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Sonra, Azərbaycan voleybol federasiyasının hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev 1-ci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər.
Konfransda həmçinin, Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan voleybol federasiyası idarə heyətinə üzv seçiliblər.

Konfransda həmçinin federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish