“Çelsi” ona 2027-ci ilə qədər vaxt verdi

“Çelsi” komandanın baş məşqçisi Liam Rosenyorun gələcəyi ilə bağlı qəti qərarını verib.

Allsport.az xəbər verir ki, rəhbərlik 41 yaşlı mütəxəssisin işini 2027-ci ilin yayına qədər qiymətləndirməyəcək. Hətta komanda cari mövsümün sonunda çempionlar liqasına vəsiqə qazana bilməsə belə, Rosenyor postunda qalacaq. Yanvarda “sükan arxası”na keçən məşqçinin yayda yeni transferlərlə heyəti gücləndirməsinə şərait yaradılacaq.

“Zadəganlar” Rosenyorun rəhbərliyi altında 19 oyuna 10 qələbə qazanıb. Komanda hazırda premyer liqada 51 xalla 6-cı pillədədir.

Həmin kateqoriyadan