“Çelsi”dən “Everton”a

Yarımmüdafiəçi Kirnan Düsburi-Holl Çelsi”dən “Everton”a keçə bilər.

Allsport.az xəbər verir ki, Liverpul təmsilçisi londonlulara birbaşa transfer üçün rəsmi təklif edib.

Ötən il “Çelsi” mərkəz yarımmüdafiəçisinin keçidi üçün “Lester”ə 35,4 milyon avro ödəyib.

Düsburi-Holl ötən mövsüm “Çelsi”də 36 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan