- Baxış sayı: 30
- 24 Dekabr 2025 23:30
- Baxış sayı: 45
- Dekabr 25, 2025
- 0


İngiltərə premyer liqasının XVIII turunda “Aston Villa”nı qəbul edəcək “Çelsi”də ciddi itkilər aradan qalxıb.
Allsport.az xəbər verir ki, London klubunun baş məşqçisi Enso Mareska cinah oyunçusu Estevao və hücumçu Liam Delapın tam hazır olduqlarını açıqlayıb.
Braziliyalı Estevao əzələ problemlərindən, Delap isə çiyin zədəsindən əziyyət çəkirdi.
Mareska mətbuata açıqlamasında hər iki oyunçunun şənbə günü keçiriləcək matçda iştirak edə biləcəyini təsdiqləyib: “Delapın nə qədər vaxt qaçıracağını dəqiq bilmirdik, amma o, artıq hazırdır. Estevao da həmçinin. Hər ikisinə görə çox şadıq”.
“Çelsi” – “Aston Villa” qarşılaşması dekabrın 27-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.