- Baxış sayı: 19
- 25 Mart 2026 22:56
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

“Çelsi” “Palmeyras”dan Eştevao Villianı transfer edib.
Allsport.az xəbər verir ki, London təmsilçisi 18 yaşlı hücumçu ilə hələ ötən il müqavilə imzalayıb.
Klublar arasında razılaşmaya əsasən, Eştevao komandaya indi qoşulub. Bu keçid üçün “Çelsi” 34 milyon avro transfer məbləği və əlavə 27 milyon avro bonuslar ödəyəcək.
Villian”Palmeyras”ın heyətində 83 oyunda 27 qol vurub və 15 məhsuldar ötürmə verib.