ÇL: “Qarabağ” Skopyedən də qələbə ilə dönür!

Bu gün çempionlar liqasında 3-cü təsnifatın ilk oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gəlib. İlk hissədə üstün olan Azərbaycan təmsilçisi 18-ci dəqiqədə 11-metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Toral Bayramov penaltini dəqiq yerinə yetirib.

2-ci yarı qarşılıqlı hücumlar şəraitində keçib. Şimali Makedoniya klubu hücumun kəsərini xeyli artırıb. Buna rəğmən, “köhlən atlar” bir neçə yüz faizli qol imkanını boşa verib. Gərgin keçən bu hissədə qapılara top vurulmayıb və “Qarabağ” yeni mərhələdə ardıcıl 3-cü qələbəsini bayram edib.

Həmin kateqoriyadan