- Baxış sayı: 25
- 04 Mart 2026 19:37
- Baxış sayı: 66
- Mart 02, 2026
- 0

Azərbaycan premyer liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” (5:1) oyunundan sonra Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Futbolçuların sona kimi intizamlı oynamaları çox önəmli idi. Sonlara yaxın 1-2 boşluq oldu, amma ümumilikdə diqqətli və intizamlı çıxış etdilər. Yaxşı hücumlarımız oldu, baxımlı qollar vurduq. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərimizə də təşəkkür edirəm”.