Cüdo çempionatının açılış mərasimi

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, Bakı idman sarayında təşkil olunan tədbir Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 yay olimpiya oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.

Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.

Builki Azərbaycan çempionatı da yüksək yarış standartlarında təşkil olunub. Ölkə çempionatında ümumilikdə 206 idmançı mübarizəyə qoşulub.

Həmin kateqoriyadan