- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

28 fevral – 1 martda İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə
57 kq
Vüsalə Hacıyeva
63 kq
Nilgün Rzayeva