- Baxış sayı: 45
- 23 Dekabr 2024 20:23
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
İsrail paytaxtı Təl-Əvivdə cüdoçuları “Böyük dəbilqə”si başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 15 cüdoçu təmsil edəcək.
Bu gün onlardan 7-si tatami üzərinə çıxıb. Komanda üzvləri arasında ən yaxşı nəticəni Davud Məmmədsoy (60 kq) göstərib. Yeganə medalımıza da elə o qazanıb.
“A” qrupunda almaniyalı və hindistanlı rəqiblərinə qalib gələrək 1-ci olan idmançımız, yarımfinalda rusiyalı Ramazan Abdullayev, həlledici tutaşmada gürcüstanlı Temur Nozadzeyə də ipponla qalib gəlib.
Kəramət Hüseynov, (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mübarizəni erkən başa vurublar.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.