- Baxış sayı: 49
- 21 Sentyabr 2026 21:32
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Ötən gün Yunanistanın Saloniki şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun ilk günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Allsport.az xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq.) qızıl medal, Fəxri Sahibzadə (66 kq.) gümüş medal, Anar Quliyev (50 kq.) və Rüstəm Qasımzadə (55 kq.) bürünc medal qazanıblar. Məhəmmədəli Hüsiyev (55 kq.), İlkin Qarayev (60 kq.) və Özqan Quliyev (66 kq.) 5-ci, Emil Hüseynli (55 kq.) isə 7-ci yerdə qərarlaşıb.